Ag Naftalan İdarəçilik
ZAMANOV VOLODYA NADIR OĞLU
“Ağ Naftalan” MMC-nin təsisçisi və baş direktoru


V.Zamanov 1946-cı ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş, 1971-ci ildə Azərbaycan Politexnik İnistitunun mühəndis–hidronika fakültəsini bitirmişdir.
1982-1987-ci illərdə Azərkəndtikinti – 5 saylı trestinin 53 saylı TQS-də rəis, 1989-1994-cü illərdə “Azərkəndsu çəkilişi konserni” 4 saylı TQİ-nin rəisi vəzifələrində çalışmışdır.
1994-1997-ci illərdə Goranboy rayon THTİ-nə rəis vəzifəsində fəaliyyət göstərmişdir.
2007-ci ildən “Ağ Naftalan” MMC-nin təsisçisi və baş direktorudur.
Evlidir, 4 övladı var.


ZAMANOV SƏNAN VOLODYA OĞLU
“Ağ Naftalan” MMC-NİN direktor müavini


S.Zamanov 1980-cı ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş, 2007-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında Mahaçqala Maliyyə və Hüquq İnistitunun hüquq fakültəsini bitirmişdir.
2005-2006-cı illərdə “Anar” KB-nın Xəzinə Əməliyyatları Departamentinin mübadilə məntəqəsinin xəzinədarı, 2006-2012-ci illərdə “Mobil Texnologiyalar” MMC-də menecer vəzifəsində çalışmışdır.
2012-ci ildən “Ağ Naftalan” MMC-də hüquqşünas, hazırda isə direktor müavini vəzifəsini yerinə yetirir.
Evlidir, 2 övladı var.


HƏSƏNOVA ALIDƏ MƏNAF QIZI
“AĞ Naftalan” MMC-nin baş mühasibi


A.Həsənova 1985-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Dovlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat və İdarəetmə fakültəsini, 2008-ci ildə isə həmin institutun adı çəkilən ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində mühasib, İmprotex Holdinqdə auditor, 2010-cu ildən isə İmprtotex Transexpress şirkətində baş mühasib vəzifəsində çalışmışdır.
Hazırda “Ağ Naftalan” MMC-də baş mühasib işləyir.
Evlidir, 1 övladı var


KƏRIMOV ABBAS HEYDƏR OĞLU
“AĞ Naftalan” MMC-nin mühəndisi


A.Kərimov 1956-cı ildə Ermənistan Respublikasında anadan olmuş, 1978-ci ildə Naxçıvan Politexnik İnşaat Texnikumunun inşaat fakultəsini bitirmişdir.
1981-1985-ci illərdə Bakı şəhər Evtikmə Kombinatında iş icraçısı, 1987-1989-cu illərdə Təmir Tikinti İdarəsində iş icraçısı, 1998-1999-cu illərdə Dəmir Beton Məmulatlar zavodunda baş mühəndis, 2000-2003-cü illərdə “Şıxlar” qum karxanasında sahə rəisi vəzifələrində çalışmışdır.
Hazırda “Ağ Naftalan” MMC-də mühəndis vəzifəsində fəaliyyət göstərir.
Evlidir, 2 övladı var.


ŞƏRBƏTOVA SƏMIDƏ ƏSGƏR QIZI
“AĞ Naftalan” MMC-nin kadrlar üzrə mütəxəssisi


S.Şərbətova 1972-ci ildə Bakı şəhərində anadan olmuş, 1989-cu ildə Bakı şəhəri Xətai rayonunda 254 saylı orta məktəbi bitirmişdir.
1996-1999-cu illərdə Bakı şəhər DSMF-nun Xətai rayon şöbəsində referent, 1999-2009-cu illərdə Bakı şəhəri İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin “Cənub ” idarəsində dəftərxana müdiri vəzifəsində çalışmışdır.
Hazırda “Ağ Naftalan” MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır.
Subaydır.